"Şişirtməyə ehtiyac yoxdur" - Ərdoğan Pelosinin səfərindən danışdı

   "Şişirtməyə ehtiyac yoxdur" -    Ərdoğan Pelosinin səfərindən danışdı
  22 Sentyabr 2022    Oxunub:355
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin İrəvana səfərini şərh edərkən qeyd edib ki, onun Cənubi Qafqazdakı proseslərə hansısa təsir rıçaqı yoxdur .
“Əminəm ki, onun səfəri bir çox yerlərdə narahatlıq doğurub. Mövzunu şişirtməyə ehtiyac yoxdur. Biz bu gün də müəyyən hazırlıqları davam etdiririk və tezliklə müvafiq addımlar atacağıq. Hazırda Avropa siyasi birliyinin Praqada keçiriləcək iclasında iştirakla bağlı məsələni müzakirə edirik. Çexiyaya səfər edəsi olsaq, çox güman ki, həmin vaxt Paşinyan da orada olacaq. Erməni tərəfi bundan əvvəl həmin platformada görüşmək niyyətini açıqlamışdı. Ola bilsin ki, orada bütün bu məsələləri müzakirə etmək imkanı yaransın. Sözsüz ki, bizim Qafqazda da müəyyən təşəbbüslərimiz olacaq. Hazırda hər şey hələ planlaşdırma mərhələsindədir. Bu məsələləri Qardaşım Əliyevlə müzakirə edəcəyəm və müzakirələrimizin nəticəsindən asılı olaraq addımlar atacağıq”, - deyə Ərdoğan bildirib.

AzVision.az

Teqlər:







Xəbər lenti