Ərdəbildə Güney Azərbaycanın bayrağı dalğalanır - VİDEO

   Ərdəbildə Güney Azərbaycanın bayrağı dalğalanır -    VİDEO
  22 Sentyabr 2022    Oxunub:1099
22 yaşlı Məhsa Əmininin ölümündən sonra başlayan etirazlar fonunda Güney Azərbaycan türkləri İranda fəallaşıb.
Sosial şəbəkələrdə Ərdəbil əyalətinin Meşginşəhr şəhərində inzibati binalardan birinin qarşısında Güney Azərbaycan bayrağının dalğalanmasını əks etdirən görüntülər yayılıb.

Xatırladaq ki, İranda hicabın düzgün geyinilmədiyi iddiası ilə həbs edilən qızın ölümündən sonra başlayan etiraz aksiyaları altıncı gündür davam edir. Mərhumun yaxınları onun polis əməkdaşları tərəfindən döyülərək öldürüldüyünü iddia edir. Şahidlərin və hüquq müdafiəçilərinin sözlərinə görə, İran təhlükəsizlik qüvvələri etirazçılara atəş açır.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti