Avropa ölkələri Rusiyada səfərbərlikdən yayınanlara viza verə bilər

   Avropa ölkələri Rusiyada səfərbərlikdən yayınanlara viza verə bilər
  22 Sentyabr 2022    Oxunub:288
Avropa İttifaqı qismən səfərbərlik şəraitində sığınacaq istəyən Rusiya vətəndaşlarının ölkəyə giriş hüququna təminat verməlidir, Avropa Komissiyası bu şəxslərə humanitar vizaların verilməsinin mümkünlüyü məsələsini Aİ ölkələri ilə müzakirə etmək niyyətindədir.
AzVision.az xəbər verir ki, bunu Brüsseldə keçirilən brifinqdə Avropa Komissiyasının nümayəndəsi Anita Hipper deyib.

O, əlavə edib ki, Aİ-nin sərhədlərinə nəzarət qurua üzv ölkələrin normaları əsasında həyata keçirilməlidir: “Lakin hər bir işi fərdi əsasda öyrənmək Aİ-yə üzv dövlətlərin üzərinə düşür. Son nəticədə sığınacaq verilməsi və Aİ ölkələrinə daxil olmaq hüququ məsələsi üzv dövlətlərinin səlahiyyətindədir”.

AzVision.az

Teqlər:







Xəbər lenti