Medvedevdən generala cavab: "Axmaqların bizi qorxutmasına ehtiyac yoxdur"

      Medvedevdən generala cavab:   "Axmaqların bizi qorxutmasına ehtiyac yoxdur"
  22 Sentyabr 2022    Oxunub:875
Rusiya Təhlükəsizlik Şurasının müavini Dmitri Medvedev ABŞ-ın istefada olan generalı Ben Hodcesin Moskvanı NATO-nun Krıma zərbə endirməklə hədələməsini şərh edib.
Medvedev Telegram kanalında yazıb: "General zolaqlı istefada olan müxtəlif axmaqların NATO-nun Krıma zərbə endirməsi ilə bağlı bizi qorxutmasına ehtiyac yoxdur. Hipersəsin Avropa və ABŞ-dakı hədəflərə daha sürətli çatmasına zəmanət verilir".

İstefada olan amerikalı general-leytenant Ben Hodces Rusiyanın Ukraynada nüvə silahından istifadə edəcəyi təqdirdə ABŞ prezidenti Cozef Baydenin Krımdakı Rusiya hərbi bazalarına sarsıdıcı zərbə vuracağına əminliyini ifadə edib. Təqaüdçü hərbçi zərbənin Qara dəniz donanmasına dəyəcəyini də etiraf edib.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti