"Morqlarda 95 əsgər "yatır", valideynləri isə ora buraxmırlar" - Zöhrabyan

   "Morqlarda 95 əsgər "yatır", valideynləri isə ora buraxmırlar" -    Zöhrabyan
  22 Sentyabr 2022    Oxunub:933
Azərbaycanın Ermənistana təhvil verdiyi meyitlər valideynlərə verilmir.AzVision.az xəbər verir ki, bu barədə keçmiş deputat Naira Zöhrabyan məlumat yayıb. O, qeyd edib ki, valideynləri meyitxanalara buraxmırlar
- İki gün əvvəl Azərbaycan üç günlük müharibədə öldürülmüş daha 95 əsgərin meyitini Ermənistan tərəfinə təhvil verdi. Cəsədlərin əksəriyyəti Martun meyitxanasına aparılıb. Artıq iki gündür ki, valideynlər oğullarının meyitlərinin tanınması üçün meyitxanaya girməyə çalışırlar. Əsgər meyitlərinin gətirildiyi bütün morqlar hazırda təhlükəsizlik qüvvələri tərəfindən qorunur və müstəntiqlərin müşayiəti olmadan valideynlər ölənlərin şəxsiyyətini müəyyən edə bilmirlər, - Zöhrabyan deyib.

O qeyd edib ki, məsələ ilə bağlı artıq məhkəmə-tibbi ekspertizası mərkəzinin əməkdaşları ilə danışıb.

Daha 95 erməni hərbçinin meyiti təhvil verildi
- Prosedur belədir: Ermənistan tərəfinə təhvil verilən bütün cəsədlərin fotoşəkilləri çəkilərək Ulnetsu mərkəzinə, hərbçilərin suallarına operativ cavab vermək üçün yaranmış komitəyə göndərilir.
Beləcə oğullarını fotoşəkillərdən tanıyan valideynlər meyitxanaya yalnız müstəntiqin müşayiəti ilə daxil ola bilərlər. Təəssüf ki, bir çox cəsədlərin kimliyini müəyyən etmək mümkün deyil və DNT identifikasiyası aparılmalıdır. Bununla belə, əksər valideynlər övladının bədənində xüsusi işarələr olduğunu deyirlər. Məsələn çapıq, döymə, yanıq və s. Onlar bu işarələr vasitəsilə oğlunun bədənini tanıya bilərlər.

Armavirdən, Şirakdan, İrəvandan və ya digər yaşayış yerlərindən gələn, onsuz da ağır emosional vəziyyətdə olan valideynlər Martuna, Metsamora daha gərgin çatır. Belə halda isə hansısa əclaf onları meyitxanaya buraxmasın.

Başa düşürəm ki, oğlunu itirən valideyni vecinizə almırsınız və dünən Yerablurda olduğu kimi, əsgər anasını döyə bilərsiniz, amma aranızda heç olmasa bir yarı savadlı insan tapın ki, bu prosedurların ardıcıllığını rəsmi şəkildə dərc etsin, - eks-deputat qeyd edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Morq  





Xəbər lenti