"Səfərbərliyə NATO səbəb olub" - Peskov

   "Səfərbərliyə NATO səbəb olub" -     Peskov
  22 Sentyabr 2022    Oxunub:734
"Rusiyada qismən səfərbərliyin elan edilməsi NATO-nun Ukraynaya dəstək fəaliyyəti ilə bağlıdır". AzVision.az xəbər verir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov jurnalistlərə bildirib.
“Prezident dünənki çıxışında aydın təsvirini verdi və belə bir qərarın qəbul edilməsinin səbəblərini açıqladı.

Ukraynada məqsədləri həyata keçirmək üçün xüsusi əməliyyat başlayıb. Prezident bu barədə danışdı. İndi biz faktiki olaraq bütün maddi-texniki imkanlar ilə NATO bloku ilə qarşı-qarşıyayıq”, - deyə Peskov bildirib.

O, həmçinin qeyd edib ki, xüsusi əməliyyatın keçirilməsinə qarşı mitinqlərdə saxlanılanlara çağırış vərəqələrinin verilməsi praktikası qanuna zidd deyil.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti