Rusiyada səfərbərliyə qarşı aksiyalar keçirilir: 920 nəfər həbs edilib - VİDEO+YENİLƏNİB

 Rusiyada səfərbərliyə qarşı aksiyalar keçirilir:   920 nəfər həbs edilib -  VİDEO+YENİLƏNİB
  21 Sentyabr 2022    Oxunub:892
Rusiya şəhərlərində Putinin elan etdiyi səfərbərliyə qarşı etiraz aksiyalarında 920-dən çox insan saxlanılıb. Onlardan 394-ü Moskvadakı fəallardır.
AzVision.az xəbər verir ki, bu barədə “OVD-İnfo” məlumat yayıb.

Sankt-Peterburqda 376, Yekaterinburqda 40, Permdə 23, Ufada 22, Krasnoyarskda 19, Çelyabinskdə 20, Krasnoyarskda 19, Voronej və Krasnodarda hər birində 14 etirazçı saxlanılıb. Ümumilikdə Rusiyanın 38 şəhərində keçirilən aksiyalarda həbs edilənlər var. Təhlükəsizlik qüvvələri bəzi etirazçılara qarşı güc tətbiq edib.

***
Rusiyanın paytaxtı Moskvada səfərbərliyə qarşı etiraz aksiyaları keçirilir.

AzVision.az xəbər verir ki, ettiraz aksiyasında həbs edilənlər də var.

Aksiyada Yeqor Letovun “Hər şey plan üzrə gedir” mahnısı səsləndirilir.







AzVision.az



Teqlər:





Xəbər lenti