Gürcüstanda banka hücum edən saxlanılıb: Girovlar azad edilib - VİDEO + YENİLƏNİB

 Gürcüstanda banka hücum edən saxlanılıb: Girovlar azad edilib -  VİDEO +  YENİLƏNİB
  20 Sentyabr 2022    Oxunub:2161
Kutaisidə “Bank of Georgia”nın filialına hücum edən silahlı şəxs saxlanılıb.
AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Bildirilir ki, girov götürülən 12 nəfərin hamısı azad edilib. Bankın yerləşdiyi küçədə nəqliyyatın hərəkəti bərpa olunub.
***

Gürcüstanın İmereti bölgəsinin Kutaisi şəhərində “Bank of Georgia”da girov götürülmüş 12 nəfərdən üçü azad edilib.

AzVision.azxəbər verir ki, bu barədə “Formula” telekanalı məlumat yayıb.
KİV-in məlumatına görə, onlar polis tərəfindən dindirilirlər.
Səlahiyyətlilər hələlik bu məlumatı təsdiqləməyiblər.

***

Gürcüstanda “Bank of Georgia”nın filialına silahlı basqın edən şəxs bankın binasına partlayıcı yerləşdirib. Girovlardan biri soyğunçunun diktəsi ilə giriş qapılarının minalanmış olduğunu deyir. Partlayıcı qurğular lazerlə birləşdirilib və qapı açılsa, partlayış baş verəcək.


Qeyd edək ki, bankda 12 nəfər girov saxlnılır. İki qadın sərbəst buraxılıb.



***
"Bank of Georgia"ya silahlı basqın edən şəxs yeni tələblər irəli sürüb. O, 2 milyon dollardan əlavə helikopter, rabitə vasitsəi və Rusiya bayrağı istəyib.

Basqınçının tələblərini sosial şəbəkələrdə canlı yayımda girov olduğu iddia edilən şəxslərdən biri səsləndirib.


***
Hücum edən şəxsin Bank of Georgia filialının binasına partlayıcı yerləşdirdiyi iddia edilir.
Həmin şəxs üç saat ərzində 2 milyon dolların ona gətirilməsini tələb edib.

Video sosial şəbəkədə, ehtimal ki, girovlardan biri tərəfindən yerləşdirilib. O, divara bərkidilmiş bəzi cihazları göstərib və onların partlayıcı olduğunu iddia edib.

***
Gürcüstanda silahlı şəxs "Bank of Georgia"nın Kutaisi şəhərindəki filialına basqın edib.

Gürcüstan Daxili İşlər Nazirliyi departamentin əməkdaşlarının Rustaveli prospektində yerləşən banka səfərbər edildiyini bildirib. KİV-in məlumatına görə, bankda on nəfərə yaxın adam var.

Soyğunçu bank işçilərindən birinin sosial şəbəkədə canlı yayımı vasitəsilə polisə müraciət edərək 2 milyon dollar tələb edib.

"Pişikciklər, 2 milyon dollar gətirin",-deyə soyğunçu Gürcüstan polislərinə bildirib.

Polis Rustaveli küçəsində xüsusi əməliyyat keçirir.





Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti