Hindistan ucuz Rusiya nefti hesabına 439 milyon dollar qənaət edib

Hindistan ucuz Rusiya nefti hesabına 439 milyon dollar qənaət edib
  19 Sentyabr 2022    Oxunub:990
Hindistan 2022-ci ilin fevral ayından Rusiyadan güzəştli neft idxalına görə 439,7 milyon dollar qənaət edib.
AzVision.az xəbər verir ki, bu barədə Hindistan Ticarət Nazirliyindəki mənbələrə istinadən “The Times of India” məlumat yayıb. Rusiya neftinin alış həcmində artım 2022-ci ilin martında başlayıb. Həmin vaxt xammal Hindistana 1 barel üçün 30 dollar endirimlə satılırdı. Yazın ilk ayında Rusiya neftinin tədarükü 2021-ci ilin eyni dövrü ilə müqayisədə 10 dəfədən çox artıb - idxal 1,5 milyard dollardan bir qədər çox olana qarşı 12 milyard dollardan çox olub.

Aprel-iyul aylarında satınalmaların həcmi demək olar ki, dəyişməz qalıb və pul ifadəsində 11,2 milyard dollar təşkil edib ki, bu da ötən ilin eyni dövründəki 1,3 milyard dollardan təxminən 8 dəfə çoxdur. Ümumilikdə fevralın sonundan bəri Hindistanın dövlət və özəl şirkətləri təxminən 62,5 milyon barel Rusiya nefti alıblar.

Ayasofya Nəzəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti