100 milyon manat artıq və əsassız ödəniş aşkarlanıb

   100 milyon manat artıq və əsassız ödəniş aşkarlanıb
  13 Sentyabr 2022    Oxunub:865
2022-ci ilin birinci yarısında Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən 52 təşkilatda aparılan yoxlamalarla ümumilikdə 99.910,5 min manat məbləğində artıq və əsassız ödənişlər aşkar olunub.
Nazirlikdən AzVision.az -a verilən məlumata görə, həmin məbləğin 33.502,5 min manatlıq hissəsinin yoxlamaların gedişində və yoxlamalardan sonrakı dövrdə təqsirkar şəxslər tərəfindən dövlət büdcəsinə nağd qaydada ödənilərək bərpası təmin edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti