İllik inflyasiya 13 %-i keçib

   İllik inflyasiya 13 %-i keçib
  12 Sentyabr 2022    Oxunub:881
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 113,2 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 118,9 %, qeyri-ərzaq məhsulları üzrə 107,2 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110 % təşkil edib.
AzVision.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Məlumata görə, bu ilin avqust ayında isə istehlak qiymətləri indeksi iyul ayına nisbətən 100,9 %, ötən ilin avqust ayı ilə müqayisədə 114,2 % olub.

AzVision.az



Teqlər:





Xəbər lenti