68 müntəzəm marşrut xətti üzrə gecikmələr var

68 müntəzəm marşrut xətti üzrə gecikmələr var
  10 Sentyabr 2022    Oxunub:1018
Vahid Dispetçer Xidmətinin bu gün yağmurlu hava şəraiti ilə əlaqədar olaraq günorta saatlarına olan məlumatına əsasən paytaxtın müxtəlif ərazilərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən 68 müntəzəm marşrut xətti üzrə 158 avtobusun hərəkət intervalında gecikmələr var.
AzVision.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Gecikmələr aşağıda qeyd olunan marşrut xətlərində müşahidə olunur:

- Bakı-Sumqayıt şossesi - Moskva prospekti – Tbilisi prospekti şəhər istiqamətində və əks istiqamətdə 2, 7A, 13, 14, 18, 29, 67, 83, 92, 96, 114A, 114B, 119, 135 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 12-16 dəqiqə gecikmə müşahidə olunur.

- Həsən bəy Zərdabi küçəsi - 20 Yanvar dairəsi istiqamətində 7B, 9, 14, 18, 29, 165, 194, 205 və 211 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 11-16 dəqiqə gecikmə müşahidə olunur.

- Akademik Həsən Əliyev küçəsi - hər iki istiqamətdə 6, 13, 61 və 83 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 10-13 dəqiqə gecikmə müşahidə olunur.

- Ziya Bünyadov prospektinin, Müzəffər Nərimanov küçəsi ilə kəsişməsindən başlayaraq köməkçi yol, eyni zamanda, M.K.Atatürk prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissə - köməkçi yolda 20 Yanvar dairəsi istiqamətində eyni zamanda əks istiqamətdə 7A, 7B, 11, 24, 67, 71, 85 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda gecikmə 13-17 dəqiqə gecikmə müşahidə olunur.

- Heydər Əliyev prospekti şəhər istiqamətində 1, 2, 13, 38 və M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 11-13 dəqiqə gecikmə müşahidə olunur.

- Xocalı pr - Yusif Səfərov küçəsi - Heydər Əliyev pr istiqamətində 1, 2, 4, 10, 21, 30, 32, 46, 49, N-li müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 13-16 dəqiqəyə gecikmə müşahidə olunur.

- Abdulvahab Salamzadə küçəsi - Ziya Bünyadov prospekti istiqamətində 7A, 7B, 61, 67, 83, 199 və 211 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 12-16 dəqiqə gecikmə müşahidə olunur.

- Binəqədi şossesi – hər iki istiqamətdə 71, 79, 133, 165, 179 və 202 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 11-17 dəqiqə gecikmə müşahidə olunur.

- Qara Qarayev prospekti – hər iki istiqamətdə (avtobus zolağının olmasına baxmayaraq digər nəqliyyat vasitələri zolağın tələbini pozurlar) 7A, 11, 15, 21, 30, 35, 40, 44, 46, 49, 51, 62, 64, 81, 132 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 12-18 dəqiqə gecikmə müşahidə olunur.

- Zabrat şossesi – hər iki istiqamətdə 40, 131, 163, 216, 217 və M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 11 -15 dəqiqə gecikmə müşahidə olunur.

- Mikayıl Useyinov küçəsi Azneft meydanı istiqamətində (avtobus zolağının olmasına baxmayaraq digər nəqliyyat vasitələri zolağın tələbini pozurlar) 5, 6, 53, 88, 125, 127 və 205 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 14-17 dəqiqə gecikmə müşahidə olunur.

- 28 May küçəsi, Azadlıq prospekti, Zərifə Əliyeva küç, Neftçilər prospekti Azneft dairəsi istiqamətində 5, 18, 88, 125, 127 nömrəli müntəzəm xətlərindəki avtobuslararası intervallarda 11-15 dəqiqə gecikmə müşahidə olunur.

- Abdulla Şaiq küçəsi - İnşaatçılar prospekti - Bakıxanov küçəsindən keçən 3, 17, 14, 37 və 96 nömrəli müntəzəm xətlərindəki avtobuslararası intervallarda 12-15 dəqiqə gecikmə müşahidə olunur.

- Şeyx Şamil küçəsi, İstiqlaliyyət küçəsi, Niyazi küçələri Azneft dairəsi istiqamətində 6, 10, 53, 65, 205 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 11-15 dəqiqə gecikmə müşahidə olunur.

- Yavər Əliyev küçəsindən keçən 3,24, 35, 40, 49, 76, 78, 208, 209 nömrəli müntəzəm xətlərindəki avtobuslararası intervallarda 12-15 dəqiqə gecikmə müşahidə olunur.

- Xətai prospektindən keçən 11, 199 nömrəli müntəzəm xətlərindəki avtobuslararası intervallarda 14-16 dəqiqə gecikmə müşahidə olunur.
AzVision.az



Teqlər: Marşrut  





Xəbər lenti