Avtomobildən 30 min manat oğurlandı

Avtomobildən 30 min manat oğurlandı
  10 Sentyabr 2022    Oxunub:706
Bakıda avtomobildən oğurluq olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az -a verilən xəbərə görə, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə rayon ərazisində “Volkswagen” markalı bir avtomobildən 30 000 manat pulun oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Xəyal Mustafayev müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az



Teqlər:





Xəbər lenti