Almaniyada ötən ay müflis olan firmaların sayı 26% artıb

Almaniyada ötən ay müflis olan firmaların sayı 26% artıb
  06 Sentyabr 2022    Oxunub:943
Almaniyada müflis elan edilən ölkə vətəndaşları və firmalarının sayı avqust ayında keçən ilin eyni dövrü ilə müqayisədə 26% artıb.
Bu barədə Leybnits İqtisadi Tədqiqatlar İnstitutunun saytında məlumat verilib. İnstitutun məlumatına görə, avqustda 718 iflas faktı qeydə alınıb. Bu rəqəm alman analitiklərinin proqnozlarından yüksək olub. Eyni zamanda, ekspertlərin proqnozlarına görə, yalnız payız aylarında iflasların sayı artacaq.

Nəşrdə qeyd olunduğu kimi, iflasların sayının artması istehsal proseslərinin maya dəyərinin artması, xüsusən də enerjinin bahalaşması və logistika sahəsində pozuntularla bağlıdır.

AzVision.az


Teqlər:





Xəbər lenti