Kürdəmirdəki hadisənin detalları: Bıçaqladığı qadın 7-ci arvadı olub

   Kürdəmirdəki hadisənin detalları:    Bıçaqladığı qadın 7-ci arvadı olub
  05 Sentyabr 2022    Oxunub:861
Kürdəmir rayonunda 2 qadının bıçaqlanması hadisəsi ilə bağlı yeni detallar bəlli olub.
İlkin araşdırmalar zamanı məlum olub ki, Hikmət Əhədov əvvəllər 6 dəfə ailəli olub. O, 5 ay əvvəl Bakıda Ağsu rayon sakini olan 1998-ci il təvəllüdlü Nargilə Ələkbərova ilə tanış olub və onlar ailə qurublar.

Lakin 2 ay sonra H.Əsədovun qeyri-sağlam həyat tərzi sürməsi səbəbindən 24 yaşlı Nargilə Bakıdan Ağsunun Ərəbmehdibəy kəndinə - anasıgilə qaçıb. Bu müddət ərzində H.Əhədov onu axtarıb və Nargilənin daha sonra Kürdəmirin Topalhəsənli kəndində nənəsigildə qaldığını öyrənib.

Kürdəmirə gələn Hikmət Əhədov onların yaşadığı evi tapıb və ötən gecə mənzilə basqın edərək Nargilə ilə nənəsini bıçaqlayıb. Faktla bağlı araşdırmalar davam etdirilir. (Qafqazinfo)

AzVision.az


Teqlər:





Xəbər lenti