Şabranda yanğın törədən şəxs saxlanılıb

Şabranda yanğın törədən şəxs saxlanılıb
  05 Sentyabr 2022    Oxunub:671
Şabran Rayon Polis Şöbəsinə müraciət edən DYMH-nin dispetçeri rayon ərazisində 10 hektardan artıq quru otlaq sahənin və kol-kos ərazinin yandırılması barədə məlumat verib.
Bu barədə AzVision.az -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib. Hadisə yerinə cəlb edilən polis əməkdaşları yanğını törədən şəxsin rayon sakini Rizvan Cəfərov olduğunu müəyyən ediblər.

Həmin şəxs ifadəsində hadisəni ehtiyatsızlıqdan və məsuliyyətsizlikdən törətdiyini bildirib. Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı Şabran RPŞ-də araşdırma aparılır.

AzVision.az



Teqlər:





Xəbər lenti