Sumqayıtda kafe yanıb

Sumqayıtda kafe yanıb
  03 Sentyabr 2022    Oxunub:968
Sumqayıtın dəniz kənarında yerləşən kafedə yanğın olub.
Sumqayıt Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin rəisi, polkovnik Tahir Quliyev bildirib ki, hadisə gecə saat 3 radələrində dənizkənarı bulvarın ərazisində yerləşən kafedə baş verib. Məlumat daxil olan kimi yanğınsöndürənlər hadisə yerinə yollanıblar.

Yüngül konstruksiyalardan quraşdırılan (taxta, plastik) ümumi sahəsi 220 kvadratmetr olan birmərtəbəli kafenin yanar konstruksiyaları və içərisində olan əşyalar 200 kvadratmetr sahədə yanıb. Kafenin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

AzVision.az



Teqlər:





Xəbər lenti