Qarqarçayda batan şəxsin meyiti tapıldı - YENİLƏNİB

Qarqarçayda batan şəxsin meyiti tapıldı -  YENİLƏNİB
  01 Sentyabr 2022    Oxunub:1555
Qarqarçay çayının Ağcabədi şəhəri ərazisindən keçən hissəsində batan 1 nəfərin axtarışları başa çatıb.
Bu barədə AzVision.az a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən axtarışlar nəticəsində batan şəxsin meyiti tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

***

Qarqarçay çayında bir nəfər batıb.

Bu barədə AzVision.az a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Qarqarçay çayının Ağcabədi şəhəri ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub. FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
AzVision.az



Teqlər:





Xəbər lenti