Qubadakı yanğınla bağlı 1 nəfər məsuliyyətə cəlb edilib

Qubadakı yanğınla bağlı 1 nəfər məsuliyyətə cəlb edilib
  01 Sentyabr 2022    Oxunub:1286
Qubada baş verən yanğınla əlaqədar 1 nəfər məsuliyyətə cəlb edilib.
Bu barədə AzVision.az -a DİN-in mətbuat xidmətinin Quba regional qrupundan bildirilib. Məlumata görə, Quba RPŞ-nin əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı yanğın hadisənin məsuliyyətsizlikdən və ehtiyatsızlıqdan baş verdiyi müəyyən edilib.

Belə ki, rayon sakini Səxavət Mikayılov ona məxsus həyətyanı sahəsində təmizlik işləri apararkən quru otlaq sahəsini yandırıb və nəticədə alov yayılaraq 5 sot quru otlaq sahə və kol-kos yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

AzVision.az



Teqlər:





Xəbər lenti