Səhərlər bədəndə, üzdə şişkinlik ürək patologiyasından ola bilər

   Səhərlər bədəndə, üzdə şişkinlik ürək patologiyasından ola bilər
  31 Avqust 2022    Oxunub:3201
Ürəkdə problemlər heç də həmişə ağrı və təngnəfəsliklə özünü göstərmir. O artıq ağır mərhələdədir. İlk siqnallar nəzərəçarpmaz olur. Məsələn, səhərlər əl ayaq, üz şişir.
AzVision.az xəbər verir ki, həkim terapevt Zuhra Pavlova həyəcanlı siqnalları açıqlayıb.


"Səhərlər simptomlara xüsusilə fikir vermək lazımdır. Ödemlər lokallaşmış ola bilər, məsələn, ayaqlarda və ya yalnız əllərdə.
İstənilən halda xəstəyə birinci kardioloq baxmalıdır.


Özbaşına bu şişkinliyə qarşı sidikqovucular içmək olmaz. Bu dərmanlar ürəyin dayanmasına belə səbəb ola bilər. Çünki sidiklə kaliy, maqniy, natrium yuyulub gedəcək. Böyrəklər iflas edə bilər.

Səhərlər əllərin şişməsi, biləyin quruması, ağrısı isə qalxanvari vəzin problemi ilə bağlı ola bilər.


Əgər üz şişirsə. gözaltında torbalar yaranırsa, o zaman böyrəklərin necə işlənməsi yoxlanmalıdır.

Bəzən sağlam insanlarda axşam çox maye qəbulu, duzlu qida, qadınlarda mentsrual tsikl ərəfəsində də üz şişir.
Ürək böyrək şişmələrində xarakterik cəhər ödemlərin daimi olmasıdır. Hər səhər uzun müddərdir olur.

AzVision.az



Teqlər:





Xəbər lenti