Şabrandakı yanğın məhdudlaşdırılıb

Şabrandakı yanğın məhdudlaşdırılıb
  31 Avqust 2022    Oxunub:1220
Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Şabran rayonunun Çuxurəzəmi kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə baş vermiş yanğın məhdudlaşdırılıb.
Bu barədə AzVision.az -a FHN-in Mətbuat Xidmətindən məlumat verilib. Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Bundan əlavə, Zaqatala rayonunun Yuxarı Tala kəndi yaxınlığında mürəkkəb relyefli ərazidəki yanğınla mübarizə tədbirləri davam etdirilir. Əlavə məlumat veriləcək.

AzVision.az



Teqlər:





Xəbər lenti