İstirahət mərkəzində partlayış olub, yaralananlar var

   İstirahət mərkəzində partlayış olub, yaralananlar var
  30 Avqust 2022    Oxunub:1237
Abşeronda partlayış olub.
AzVision.az xəbər verir ki, hadisə Sumqayıt şəhərinin Sahil küçəsində, Corat-Novxanı yolunda “Sunset” istirahət mərkəzində qeydə alınıb.

İlkin məlumata görə, istirahət mərkəzinin qazanxanasında anidən partlayış baş verib və 3 nəfər xəsarət alıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən bildirilib ki, hazırda nazirliyin əməkdaşları əraziyə cəlb edilib: "Yanğın baş verməyib, ilkin məlumata görə qazanxanada partlayış olub".

AzVision.az



Teqlər:





Xəbər lenti