Neftçalada həmkəndlisini öldürən şəxs tutuldu

Neftçalada həmkəndlisini öldürən şəxs tutuldu
  30 Avqust 2022    Oxunub:891
Neftçalada həmkəndlisini qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub.
Bu barədə AzVision.az -a rayon prokurorluğundan məlumat verilib. Bildirilib ki, aqustun 30-u saat 12 radələrində 1957-ci il təvəllüdlü Səxavət Əliyevin yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla zərərçəkmişin həmkəndlisi, 1984-cü il təvəllüdlü Saleh Qurbanovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı kəsici-deşici alətlə xəsarətlər yetirərək Səxavət Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Neftçala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Saleh Qurbanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İstintaq tədbirləri davam etdirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti