Donetskdə azərbaycanlı ər-arvad həlak oldu

   Donetskdə azərbaycanlı ər-arvad həlak oldu
  30 Avqust 2022    Oxunub:914
Ukraynada müharibə davam edir.
AzVision.az “Baku TV”yə istinadən xəbər verir ki, Ukrayna Ordusunun Xerson vilayəti istiqamətində əks-hücumu nəticəsində artıq beş yaşayış məntəqəsi işğaldan azad olunub.

Eyni zamanda Rusiya Silahlı Qüvvələri separatçı Donetsk respublikasının hərbçiləri ilə birlikdə Ukraynaya əks-hücuma keçiblər.

Qeyd edilib ki, əks-hücumun qarşısı alınarkən Donetsk vilayətinin Slavyansk rayonunda azərbaycanlılar − Zaur Paşayev və onun həyat yoldaşı Svetlana Paşayeva həlak olublar. Onların üç övladı isə sağ qalıb.

AzVision.az



Teqlər:





Xəbər lenti