İran və Rusiya bəzi sahələrdə dollardan imtina edib

   İran və Rusiya bəzi sahələrdə    dollardan imtina edib
  29 Avqust 2022    Oxunub:1354
İran və Rusiya Federasiyası ticarət əlaqələrinin bəzi sahələrində qarşılıqlı hesablaşmalarda dollardan istifadəni dayandırmağı planlaşdırır.
Bu barədə İran Mərkəzi Bankının rəhbəri Əli Saleh Abadi bildirib. Onun sözlərinə iki ölkə artıq bəzi qarşılıqlı razılaşdırılmış hesablaşma növlərində milli valyutalara keçiblər: “Hər iki tərəf bu mexanizmi ikitərəfli ticarətin digər sahələrinə də genişləndirmək üçün səy göstərir.

Tehran və Moskva uzun müddətdir ki, hər iki dövlətə qarşı tətbiq edilən sərt iqtisadi sanksiyalara baxmayaraq, ABŞ dollarını əvəz etmək üçün belə bir mexanizm axtarırlar. İran və Rusiya milli valyutaları, rial və rublun istifadəsi İran prezidenti İbrahim Rəisi administrasiyasının iqtisadi gündəmindəki prioritetlərdən biridir”.


AzVision.az


Teqlər:





Xəbər lenti