İstədiyi qızdan “yox” cavabı aldı, bıçaqlayıb öldürdü

İstədiyi qızdan “yox” cavabı aldı, bıçaqlayıb öldürdü
  29 Avqust 2022    Oxunub:1299
Hindistanda yeniyetmə oğlan “yox” cavabında görə 18 yaşlı qızı öldürməkdə şübhəli bilinərək axtarışa verilib.
Bu barədə “The Times of India” məlumat yayıb. Hadisə Qucarat ştatının Umarqam şəhərində baş verib. Gənc oğlan uzun müddət qızı özünə cəlb etməyə çalışsa da, qız həmişə ondan imtina edib. Nəticədə cinayətkar dostları ilə birlikdə skuterlə qızın dərs keçdiyi təhsil müəssisəsinə gəlib. Orada onun izinə düşüb və evə qayıdanda bıçaqlayaraq öldürüb.

Yeniyetmənin dostları hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Lakin ilkin araşdırma onların hücumda iştirak etmədiyi məlum olub. Yeniyetmənin axtarışları davam edir.

AzVision.az


Teqlər:





Xəbər lenti