Neft Fondu vəsaitlərin idarə edilməsindən 3,2 milyard qazanıb

   Neft Fondu vəsaitlərin idarə edilməsindən 3,2 milyard qazanıb
  26 Avqust 2022    Oxunub:1111
2021-ci ildə Dövlət Neft Fondunun vəsaitlərinin idarə edilməsindən 1 milyard 933,8 milyon ABŞ dolları və yaxud 3 milyard 287,4 milyon manat məbləğində gəlir əldə edilib.
ARDNF-dan AzVision.az -a bildirilib ki, bu büdcədə nəzərdə tutulan gəlirlərə nisbətən 2 milyard 527,7 milyon manat və yaxud 332,7 faiz daha çoxdur. Fondun investisiya portfelinin orta illik gəlirlilik göstəricisi isə 4,5 faiz təşkil edib ki, bu da büdcədə nəzərdə tutulan gəlirlilik göstəricisi ilə müqayisədə (1,09 faiz) 3,4 faiz çox, 2020-ci il ilə müqayisədə 1,67 faiz çoxdur.

2020-ci ilə nisbətən gəlirliliyin yuxarı olmasının səbəbi cari ildə səhmlər və daşınmaz əmlak üzrə gəlirliliyin yuxarı olmasıdır.

AzVision.az



Teqlər:





Xəbər lenti