Bakıda iki avtomobil toqquşub, ölən var

Bakıda iki avtomobil toqquşub, ölən var
  26 Avqust 2022    Oxunub:976
Bakıda ölümlə nəticələnən yol qəzası olub.
AzVision.az xəbər verir ki, hadisə Qaradağ rayonu, Xocasən qəsəbəsində qeydə alınıb. Qəbələ rayon sakini, 1994-cü il təvəllüdlü Anar Səlimovun idarə etdiyi "Nissan" dönmə əməliyyatını yerinə yetirərkən Abşeron rayon sakini, 1961-ci il təvəllüdlü Muradalı Manafovun idarə etdiyi "Zaparojiç" maraklı avtomobillə toqquşub.

Nəticədə, Muradalı Manafov ağır xəsarətlərlə xəstəxanaya daxil olub. Həkimlərin səyinə baxmayaraq o, xəstəxanada ölüb. Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti