Azərbaycanda bu il təmassız ödəmələr 8%-ə çatıb

   Azərbaycanda bu il təmassız ödəmələr 8%-ə çatıb
  23 Avqust 2022    Oxunub:860
"Son 6-7 ayda Azərbaycanda mobil ödəmələr ümumi ödəmələrin 8%-nə bərabər olub. Gələn il bu rəqəmin 40%-i keçməsini planlaşdırırıq”.
Bunu "Mastercard" beynəlxalq ödəmə şirkətinin Azərbaycan və Türkiyə üzrə yeni Baş direktoru Avşar Gürdal deyib. O qeyd edib ki, texnoloji həllərə, o cümlədən rəqəmsal ödəmələrə uyğunlaşma Azərbaycanda yüksək səviyyəddir. Azərbaycanda təmassız ödənişlərin artım dinamikasına görə bir çox ölkələrdən irəlidədir.

Avşar Gürdal əlavə edib ki, hazırda kartla ödənişlər ümumi ödənişlərin 20%-ni təşkil edir. Bunun da 50%-ə çatdırılması planlaşdırılır. Elektron ticarət isə aparılan ümumi əməliyyatların 30%-i civarındadır.

AzVision.az



Teqlər:





Xəbər lenti