Bərdədə yeni doğulan körpə ölüb

Bərdədə yeni doğulan körpə ölüb
  22 Avqust 2022    Oxunub:1244
Yeni doğulmuş uşağın Bərdə rayon Mərkəzi Rayon Xəstəxanasında ölməsi faktı Bərdə rayon prokurorluğunda araşdırılır.
Bu barədə AzVision.az -a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Məlumata görə, avqustun 20-də Ağcabədi rayon sakini 1997-ci il təvəllüdlü ananın Bərdə rayon mərkəzi xəstəxanası PHŞ-nin Bərdə doğum evində qeysəriyyə əməliyyatı ilə doğulmuş uşağının həmin gün xəstəxanada ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

AzVision.az



Teqlər:





Xəbər lenti