Dənizdə batan şəxsin meyiti tapılıb

Dənizdə batan şəxsin meyiti tapılıb
  22 Avqust 2022    Oxunub:953
21.08.2022-ci il tarixində, dənizdə ("Buzovna" sularda xilasetmə məntəqəsindən təqribən 2 km aralı, nəzarətsiz ərazidə) batan 1 nəfərin axtarışları başa çatıb.
FHN-dən AzVision.az -a verilən məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən axtarışlar nəticəsində meyit tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

AzVision.az



Teqlər:





Xəbər lenti