ABŞ və Aİ-nin Ukraynaya maliyyə yardımı davam edəcək

ABŞ və Aİ-nin Ukraynaya maliyyə yardımı davam edəcək
  20 Avqust 2022    Oxunub:1100
“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi Ukraynaya donor vəsaitlərinin ayrılmasının yaxın aylarda, ilk növbədə ABŞ və Avropa İttifaqından davam edəcəyini proqnozlaşdırır.
AzVision.az bu barədə “Report” agentliyin bəyanatına istinadən xəbər verir.

“Bu daxilolma büdcənin tələbatını ödəməkdən əlavə, həm də Ukraynanın qızıl-valyuta ehtiyatlarının sabitləşməsinə kömək etməlidir”, - bəyanatda deyilir.

S&P xatırladıb ki, Ukraynanın valyuta ehtiyatları 2022-ci ilin fevral-iyul aylarında 20% azalaraq 22,4 milyard ABŞ dollarına düşüb.

Agentlik bildirib ki, Ukrayna hökuməti BVF-nin yeni maliyyələşdirmə mexanizmini və siyasətini nəzərdən keçirir: “Yeni proqramın vaxtı və təfərrüatları hələ dəqiqləşdirilməyib. Lakin proqram təsdiq olunarsa, o, hökumətin maliyyələşdirilməsinə təzyiqi daha da azalda, etimadı və makroiqtisadi sabitliyi dəstəkləyə bilər”.

AzVision.az



Teqlər: ABŞ     Ukrayna  





Xəbər lenti