Türkiyədə ağır yol qəzası: 15 ölü, 22 yaralı

   Türkiyədə ağır yol qəzası:    15 ölü, 22 yaralı
  20 Avqust 2022    Oxunub:1019
Türkiyənin Tarsus-Adana-Qaziantep magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.
AzVision.az “Anadolu”ya istinadən xəbər verir ki, yüksək sürətlə hərəkətdə olan minik avtomobili idarəetmədən çıxıb və aşıb. Eyni zamanda qəza baş verən əraziyə gələn təcili tibbi yardım və yanğınsöndürən avtomobilləri avtobusla toqquşub.



Qəza nəticəsində sərnişin avtobusu da dərəyə aşıb. Hadisədə azı 15 nəfər ölub, 22 nəfər yaralanıb. Dünyasını dəyişənlərdən ikisi səhiyyə işçisi, üçü yanğınsöndürən, digər ikisi isə Türkiyənin “İhlas” xəbər agentliyinin əməkdaşlarıdır.

AzVision.az


Teqlər:





Xəbər lenti