Qubada yanğın lokallaşdırılıb

   Qubada yanğın lokallaşdırılıb
  20 Avqust 2022    Oxunub:1031
Quba ərazisində baş verən yanğın artıq lokallaşdırılıb. Hazırda bir qədər tüstülənmə var, digər ərazilərə keçmə təhlükəsi yoxdur.
Bu barədə ETSN məlumat yayıb. Quba Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbəri Elvin Baxışov bildirib ki, Quba rayonunun bələdiyyə ərazisində baş verən yanğın sonradan meşə fondu sahəsinə keçib:

“Ərazi dağlıq relyefə malik olduğundan və güclü küləyin təsiri nəticəsində yanğın zamanı 500 hektar meşə fonduna ziyan dəyib”.

AzVision.az



Teqlər:





Xəbər lenti