Monserat Kabalyeyə qarşı cinayət işi açıldı

Monserat Kabalyeyə qarşı cinayət işi açıldı
  30 Aprel 2014    Oxunub:887
İspaniya prokurorluğu opera müğənnisi Monserat Kabalyenin əleyhinə iddia qaldırıb. Kabalye doğma vətəni İspaniyada vergidən yayınmaqda günahlandırılır.
Məlumata görə, onun vergi borcu 500 min avrodur.
Monserat Kabalye dindirilmək üçün məhkəməyə çağırılıb.

Xatırladaq ki, məşhur opera müğənnisi Dağlıq Qarabağ ərazisinə rəsmi Azərbaycanla razılaşdırılmamış halda səfər etdiyinə görə, `persona non-qrata`elan olunub, onun adı ölkəyə gəlməsi qadağan olunan insanlar siyahısına salınıb.

Qeyd edək ki, M. Kabalye Ermənistanın orkestr filarmoniyası ilə birlikdə İrəvanda və Azərbaycanın işğal olunmuş Xankəndi şəhərində konsert verib.

Səbinə


Teqlər:  





Xəbər lenti