22 il əvvəl baş vermiş qətlin üstü açılıb

22 il əvvəl baş vermiş qətlin üstü açılıb
  16 Avqust 2022    Oxunub:924
Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəlki illərdən bağlı qalmış cinayətin üstü peşəkarlıqla açılıb.
Bu barədə AzVision.az -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov deyib.

O bildirib ki, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 2000-ci fevral ayında Gəncə şəhər sakini Solmaz Yolçuyevaya məxsus evə quldurluq məqsədi ilə daxil olaraq xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla ev sahibini öldürməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Elsevər Məmmədov saxlanılıb.

Onun ətrafında keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində məlum olub ki, saxlanılan şəxs vəfat etmiş Xəyal Səfərov və Arzu Hacıyevlə birlikdə törətdikləri məlum olub.

Dindirilmə zamanı E.Məmmədov qətlə yetirilən şəxsin evində 30 000 ABŞ dolları olması barədə məlumat əldə ediklərini cinayəti törətdikdən sonra isə evədən cəmi 220 ABŞ dolları və bir qızıl üzük aparmalarını etiraf edib.

AzVision.az



Teqlər: Qətl  





Xəbər lenti