Yanğına görə 9 kəndin qazı dayandırıldı

   Yanğına görə 9 kəndin qazı dayandırıldı
  15 Avqust 2022    Oxunub:1045
Şabran rayonunda baş verən yanğına görə 9 kəndin qaz təchizatı dayandırılıb.
Bu barədə AzVision.az -a “Azəriqaz” İstehsalat Birliyindən bildirilib. Məlumata görə, bu gün Şabran rayonunda yanğın səbəbindən fövqəlada vəziyyət elan olunub. Yanğın təhlükəsizliyi baxımından Xaçmaz Regional Qaz İstismarı İdarəsinin Şabran xidmət sahəsi ərazisində "Taxtalar" QPS-dən qidalanan Zeyvə , Kirvar kəndləri istiqamətində çəkilmiş 9 kəndi qidalandıran daşıyıcı qaz xəttində müvəqqəti olaraq qaz təchizatı dayandırılıb.

Bu səbəbdən Dağ Bilici, Mumlu, Zöhramlı, Pirəbədil, Sumağa, Qazmalar, Qorağan , Zeyvə və Kirvar kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.

AzVision.az



Teqlər:





Xəbər lenti