Ərzaq məhsulları 18,4 faiz bahalaşıb

Ərzaq məhsulları 18,4 faiz bahalaşıb
  13 Avqust 2022    Oxunub:1273
Qlobal inflyasiya prosesləri ölkə daxilində də izlənib, qiymət artımının daha çox təklif kanallarından təsirləndiyini deməyə əsas verib. İnflyasiya həm daxili, həm də xarici faktorlarla əlaqəli olub, bahalaşma daha çox ərzaq məhsulları üzrə qeydə alınıb (18,4 faiz).
AzVision.az xəbər verir ki, bu, Hesablama Palatasının “2022-ci il Dövlət büdcəsinin icrasına dair yarımillik məlumat”da əksini tapıb.

Baxılan dövrdə istehsalçı qiymət indekslərinin və idxal məhsullarının bahalaşması inflyasiyanın daha çox təklif kanallarından formalaşdığı qənaətinə gəlməyə əsas verib. Belə ki, əksər istehsalçı qiymət indekslərində artım izlənib, ötən ilin müvafiq dövrünə nisbətən yanvar-may aylarında idxal məhsulları 21 faiz artıb.

AzVision.az



Teqlər:





Xəbər lenti