Venesuela Avropaya neft tədarükünü dayandırıb

   Venesuela Avropaya neft tədarükünü dayandırıb
  13 Avqust 2022    Oxunub:1264
Venesuela borcdan azad olmaq müqabilində Avropaya yeni xam neft nəqlini dayandırıb.
Bu barədə vəziyyətlə tanış olan mənbələrə istinadən “Reuters” agentliyi məlumat yayıb.
Venesuelanın dövlət neft-qaz şirkəti PDVSA artıq iki illik embarqodan sonra ABŞ Dövlət Departamenti tərəfindən may ayında təsdiq edilmiş sxem üzrə Avropaya neft tədarükü müqabilində İtaliyanın “Eni” və İspaniyanın “Repsol” şirkətlərinə olan borclarını silməkdə maraqlı deyil.

Qeyd olunur ki, Venesuela neftinin İspaniyaya tədarükü Ukraynada hərbi əməliyyata başlayandan sonra Avropaya bu enerji resursunun Rusiyadan alınmasını azaltmağa kömək edib. Bildirilib ki, PDVSA neft svoplarına qayıtmaq istəyir, lakin bu, hələ mümkün deyil.

AzVision.az



Teqlər:





Xəbər lenti