Təyyarə tüstü sensoruna görə Bakıda plandankənar eniş edib

Təyyarə tüstü sensoruna görə Bakıda plandankənar eniş edib
  13 Avqust 2022    Oxunub:1368
"Türk Hava Yolları" aviaşirkətinə məxsus THY4055 Bişkek-Antalya reysini həyata keçirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş etməyi tələb edib.
Bu barədə AzVision.az -a Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, "Boeing B737" təyyarəsinin plandankənar enməsinə baqaj bölməsində işləyən tüstü sensoru səbəb olub.

Təyyarə saat 09:18-də Bakı hava limanında uğurlu eniş edib.

Hazırda təyyarəyə hava limanının texniki heyəti tərəfindən baxış keçirilir.

AzVision.az



Teqlər:





Xəbər lenti