Nömrəsiz maşın sürənlər məsuliyyətə cəlb olundu

Nömrəsiz maşın sürənlər məsuliyyətə cəlb olundu
  11 Avqust 2022    Oxunub:425
Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən dövlət nömrə nişanı olmadan avtomobil idarə edən sürücülərin müəyyən olunması istiqamətində nəzarət tədbirləri keçirilib.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan AzVision.az -a verilən məlumata görə, rayon ərazisində keçirilən tədbirlər zamanı üzərində dövlət nömrə nişanı olmadan hərəkətdə olan nəqliyyat vasitələri saxlanılıb. Törətdikləri qayda pozuntularına görə məsuliyyətdən yayınmağa çalışan həmin sürücülərlə profilaktik söhbətlər aparılıb və qanunvericiliyin tələbləri onlara izah edilib. Barələrində müvafiq tədbirlər görülməklə inzibati məsuliyyətə cəlb olunublar.

AzVision.az

Teqlər:







Xəbər lenti