Vergi Xidməti sahibkarlara müraciət etdi

Vergi Xidməti sahibkarlara müraciət etdi
  10 Avqust 2022    Oxunub:1271
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti sahibkarlara müraciət edib.
Müraciətdə deyilir ki, iyul ayı üzrə gəlir vergisi (Xüsusi notariuslar, idman mərc oyunları, lotereyalar, digər yarışlar və müsabiqələr üzrə), Əlavə dəyər vergisi, Aksiz vergisi, Yol vergisi, Mədən vergisi, Sadələşdirilmiş vergi (Daşınmaz əmlakın təqdim edilməsi üzrə) və Sadələşdirilmiş vergi (Pul vəsaitlərinin nağd qaydada çıxarılması üzrə) bəyannamələri avqustun 20-dən gec olmayaraq təqdim edilməlidir.

Bəyannamələr vaxtında təqdim olunmasa hər bir bəyannamə üzrə 40 manat maliyyə sanksiyası tətbiq edilir.

AzVision.az



Teqlər: Vergi  





Xəbər lenti