Yevlaxda çoxmənzilli yaşayış binası yanır

   Yevlaxda çoxmənzilli yaşayış binası yanır
  09 Avqust 2022    Oxunub:975
Yevlax rayonunda çoxmənzilli yaşayış binası yanır.
AzVision.az xəbər verir ki, hadisə Yevlax şəhəri, Q.Quliyev küçəsi, 3A ünvanında qeydə alınıb.

Hazırda binanın beşinci mərtəbəsində yerləşən mənzillərdə güclü yanğının olduğu bildirilir. Sakinlər binadan təxliyə edilir.

Yanğının söndürülməsi üçün Yevlax və Bərdə rayon dövlət yanğından mühafizə hissələrinin canlı qüvvələri və texnikaları hadisə yerinə cəlb edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti