"Tazəbəy hamamı"nın fasadına qanunsuz müdaxilənin qarşısı alınıb

"Tazəbəy hamamı"nın fasadına qanunsuz müdaxilənin qarşısı alınıb
  09 Avqust 2022    Oxunub:1839
"Tazəbəy hamamı"nın fasadına qanunsuz müdaxilə faktı araşdırılaraq qarşısı alınıb və fasada bərkidilən fiqurlar sökülüb.
Bu barədə AzVision.az -a Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, Dövlət Xidmətinin müraciətinə və qanunvericiliyin abidəyə kənar müdaxilənin yolverilməzliyinə dair tələblərinə abidənin xüsusi mülkiyyətçisi tərəfindən anlayış nümayiş edilib. Xüsusi mülkiyyətçinin etirazı olmadan fiqurların sökülməsi təmin edilib.

"Əminik ki, bu hal digər abidə mülkiyyətçilərinə də nümunə olacaq. Fiqurların fasada bərkidilməsi abidənin ümumi durumuna təhlükə yaratmasa da, qanunla ilkin görünüşünə, eksteryerinə xələl gətirirdi", - məlumatda vurğulanıb.

AzVision.az



Teqlər: Hamam  





Xəbər lenti