Xəzərdə batan iki nəfər xilas edildi

Xəzərdə batan iki nəfər xilas edildi
  05 Avqust 2022    Oxunub:1387
Xəzər dənizində batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas edilib.
Bu barədə AzVision.az -a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib. Bildirilib ki, avqustun 4-ü saat 17:45-də DSX Sahil Mühafizəsinin Baş komanda idarəetmə mərkəzinə “Abşeron Milli Parkı”nın Şahdili burnu ərazisində 2 nəfər şəxsin dənizdə batma təhlükəsi barədə məlumat daxil olub.

Qısa müddət ərzində Sahil Mühafizəsinin xidmətdə olan “Şahdağ” sərhəd gözətçi gəmisi həmin istiqamətə göndərilərək xilasetmə əməliyyatına cəlb edilib.

Saat 18:15-də Şahdili burnunun qərb istiqamətində, sahildən təxminən 1 000 metrədək məsafədə köməksiz vəziyyətdə qalan Abşeron rayon Masazır qəsəbə sakinləri - 1995-ci il təvəllüdlü Əsədov Hüseyn Sultan oğlu və 1991-ci il təvəllüdlü Novruzlu Nicat Elşad oğlu sərhədçilər tərəfindən xilas edilib. İlkin tibbi yardım göstərildikdən sonra onlar “Abşeron Milli Parkı” ərazisində sahilə çıxarılıblar.

AzVision.az



Teqlər:





Xəbər lenti