Donetskdə qarşıdurma - VİDEO

Donetskdə qarşıdurma - VİDEO
  29 Aprel 2014    Oxunub:917
Ukraynanın Donetsk şəhərində ötən gün baş verən toqquşmalar nəticəsində ən azı 14 nəfər xəsarət alıb. Bu barədə AzVision.az Ukraynanın birinci kanalına istinadən xəbər verir.
Toqquşmanın federallaşma tərəfdarları ilə millətçilər arasında baş verdiyi bildirilir. Telekanalın məlumatına görə, ən azı 14 nəfər xəstəxanaya müraciət edib. Lakin xəsarət alanların sayının artacağı da istisna edilmir.

Qeyd edək ki, ötən gün Donetskdə faşizm əleyhinə yürüş keçirilib. Minlərlə insan “Qaliçina” SS diviziyasının yaradılması ilə bağlı keçirilən yürüşdə iştirak edib. Bu zaman futbol fanatları aksiya iştirakçılarına hücum edib. Tərəflər arasında qarşıdurma baş verib. Maskalı şəxslər millətçiliklə bağlı şüarlar səsləndirərək yürüş iştirakçılarını daş-qalaq ediblər.



Eldar
AzVision.az



Teqlər:  





Xəbər lenti