ƏDV-ni geri alanlar üçün yeni qayda - VİDEO

   ƏDV-ni geri alanlar üçün yeni qayda -    VİDEO
  02 Avqust 2022    Oxunub:2183
Nağdsız ödənişlər zamanı alıcıya geri qaytarılacaq ƏDV faizi artırılır. Yəni gələcəkdə aldığınız malın ödənişini nağd deyil, nağdsız formada etsəniz, sizə daha çox ƏDV qaytarılacaq.
Bu təkliflər Vergi Məcəlləsinə dəyişiklikləri nəzərdə tutan paketdə öz əksini tapıb. Mövcud qaydalara görə, hazırda əlavə dəyər vergisinin müştəriyə qaytarılan hissəsi nağdsız qaydada ödənilən ƏDV-nin 15 faizini, nağd qaydada ödənilən ƏDV-nin isə 10 faizini təşkil edir.

Məsələn, indi 100 manatlıq nağdsız edilən alışlar üçün əlavə dəyər vergisinin alıcıya qaytarılan məbləği 2 manat 28 qəpikdir. Ancaq yeni qaydalar qüvvəyə minərsə, bu zaman alıcı hər 100 manatlıq alış-veriş üçün 3 manat 5 qəpik ƏDV ala biləcək. Nağd ödənişlər zamanı isə 100 manatlıq alışda alıcıya 1 manat 52 qəpik ƏDV qaytarılır. Yeni təkliflər qüvvəyə minərsə, nağd alış zamanı alıcıya cəmi 76 qəpik qaytarılacaq

Bundan əlavə, təkliflərdə tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilən ƏDV-nin qaytarılması da nəzərdə tutulur.





Teqlər: ƏDV  





Xəbər lenti