Sərhədi pozan 27 nəfər saxlanılıb

   Sərhədi pozan 27 nəfər saxlanılıb
  01 Avqust 2022    Oxunub:903
Ötən ay Azərbaycan sərhədini pozduğuna görə saxlanılan şəxslərin sayı açıqlanıb.
Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən AzVision.az -a bildiirlib ki, Xidmət tərəfindən 2022-ci ilin iyul ayı ərzində dövlət sərhədini pоzduqlarına görə 27 nəfər saxlanılıb, оnlardan 21 nəfəri Azərbaycan Rеspublikası, 2 İran İslam Respublikası, 1 İraq, 1 Özbəkistan, 2 Pakistan vətəndaşları оlublar.

Qanunsuz miqrasiya ilə mübarizə fəaliyyətləri çərçivəsində 19 halda 19 nəfər saxtalaşdırılmış pasport, Şengen vizaları və tarix möhürləri ilə dövlət sərhədini keçməyə cəhd göstərərkən saxlanılıblar. Sərhəd rеjim qaydalarını pоzduqlarına görə 531 halda 580 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.

AzVision.az



Teqlər:





Xəbər lenti