“Qarabağ”ın sabiq futbolçusunun övladı vəfat edib

“Qarabağ”ın sabiq futbolçusunun övladı vəfat edib
  28 İyul 2022    Oxunub:1448
“Qarabağ”ın sabiq futbolçusu Yakub Jezniçakın və sevgilisi Maqdelena Stempenin oğlan övladı vəfat edib.
AzVision.az xəbər verir ki, bu haqda Polşa mətbuatı məlumat yayıb.

Bu barədə körpənin valideynlərinin birgə yaydığı açıqlamada bildirilir. 376 günlüyündə olan Olivier qara ciyər xərçəngindən vəfat etdiyi bildirilib. O, müalicə aldığı İsraildəki klinikalardan birində dünyasını dəyişib.

Xatırladaq ki, Yakub Jezniçak 2017-19-cu illərdə “Qarabağ”da çıxış edib.

AzVision.az


Teqlər:





Xəbər lenti