Siyəzəndə iki yük avtomobili toqquşdu, ölən və yaralı var

Siyəzəndə iki yük avtomobili toqquşdu,    ölən və yaralı var
  23 İyul 2022    Oxunub:1033
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Siyəzən rayonunun Yenikənd kəndi ərazisində “Ford” və “Volvo” markalı iki yük avtomobilinin toqquşması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən AzVision.az -a bildiriblər ki, hadisə yerinə cəlb olunan FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücü, 1993-cü il təvəllüdlü Əliyev Etibar İntiqam oğlunu və bir sərnişinin (şəxsiyyəti dəqiqləşdirilir) cəsədini deformasiyaya uğrayan “Ford” markalı yük avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

AzVision.az



Teqlər:





Xəbər lenti